Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 31-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Veles”inin qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 31 turdan sonra 52 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.