Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 33-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin çıxış etdiyi “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lipetsk"i qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu meydana çıxdıqdan 5 dəqiqə sonra sarı vərəqə ilə də cəzalandırılıb.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də çıxış edir. O, bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 33 turdan sonra 56 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.