22 noyabr 2024. Cümə

Əliyevlə Qarayevin komandasına səfərdə uduzdu


Əliyevlə Qarayevin komandasına səfərdə uduzdu
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 34-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Baltika”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:2.
 
Kamran bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşün 80-ci dəqiqəsində meydana buraxılıb.
 
“SKA-Xabarovsk” 34 turdan sonra 56 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.






Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq