16 mart 2026. Bazar ertəsi

Azərbaycanlı futbolçular qol vurdular, komandaları qalib gəldi


Azərbaycanlı futbolçular qol vurdular, komandaları qalib gəldi
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 35-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyev və vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Voronej “Fakel”ini qəbul edib. Azərbaycanlı futbolçuların komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ilk qoluna da azərbaycanlı hücumçu imza atıv. Əliyev 71-ci dəqiqədə fərqlənməklə hesabı bərabərləşdirib.
 
 David Qarayev də bu görüşdə 90 dəqiqə meydanda olub. Xabarovskluların qələbə qolunu da 90+2-ci dəqiqədə məhz Qarayev vurub.
 
“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.






Rusiya P.L.

“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi