22 oktyabr 2024. Çərşənbə axşamı

Əliyevlə Qarayevin komandası inamlı qələbə ilə 3-cü pilləyə yüksəldi


Əliyevlə Qarayevin komandası inamlı qələbə ilə 3-cü pilləyə yüksəldi
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 36-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Tomsk”u qəbul edib. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, 52-ci dəqiqədə sarı vərəqə alıb, bundan 10 dəqiqə sonra isə əvəzlənib.
 
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
 
“SKA-Xabarovsk” 36 turdan sonra 62 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.






Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq
ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi