“Nike” şirkəti Rusiyanın “Spartak” (Moskva) klubu ilə əməkdaşlığı dayandırıb. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
ABŞ şirkəti məsələ ilə bağlı Moskva təmsilçisini məlumatlandırıb. “Nike” bu qərarını “Spartak”ın növbəti mövsümdə avrokuboklarda iştirak etməməsi ilə izah edib.
“Nike” 2005-ci ildən “Spartak”ın sponsoru idi. Moskva klubu hazırda yeni avadanlıq tədarükçüsü axtarır.