- Rusiya P.L.
- 20:10 25.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Futbol üzrə Rusiya Premyer Liqasını tərk edən ilk klub bəlli olub.
Corner.az-ın məlumatına görə, "Arsenal" (Tula) klubu aşağı liqaya düşüb.
Tula təmsilçisi 29-cu turda səfərdə "Ufa"ya 1:2 hesabı ilə məğlub olub və sona bir tur qalmış 23 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb. Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
"Arsenal" növbəti mövsüm Milli Futbol Liqasında (FNL) mübarizə aparacaq. Komanda axırıncı dəfə 2015/2016 mövsümündə FNL-də çıxış edib.
Bildirək ki, azərbaycanlı futbolçu Ayaz Quliyevdə 2021-ci ilin yayından Rusiya klubunda top qovur.