4 dekabr 2024. Çərşənbə

Mövsümün son oyununda 90 dəqiqə oynadı


Mövsümün son oyununda 90 dəqiqə oynadı
Futbol üzrə Rusiya Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Ural”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Arsenal” 30 oyuna topladığı 23 xalla mövsümü 16 kollektiv arasında sonuncu pillədə başa vurub. Tula təmsilçisi 29 xalla 15-ci olan “Rubin”lə birgə elitanı tərk edib. 32 xalla 13-cü və 30 xalla 14-cü olan “Ximki” ilə “Ufa” isə elitada qalmaq üçün pley-off oyunlarında iştirak edəcək.
 
Ayaz geridə qalan mövsümdə “Arsenal”ın heyətində Premyer Liqa çərçivəsində 24 oyuna çıxıb.






Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq