19 aprel 2026. Bazar günü

Səmədova Rusiya klubunda vəzifə verildi


Səmədova Rusiya klubunda vəzifə verildi
Futbol üzrə Rusiya yığmasının əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “Fakel” klubunda baş seleksiyaçı funksiyasını yerinə yetirəcək. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında artıq müqavilə də imzalanıb.
 
Səmədov “Fakel”in idman direktoru Kirill Kotovun rəhbərliyi altında çalışacaq.
 
Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin “Krılya Sovetov” komandasında çıxış edib. O, son olaraq “Lokomotiv”də baş seleksiyaçı olub.






Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi