7 aprel 2025. Bazar ertəsi

Quliyevli Ximki səfərdə darmadağına üzüldü


Quliyevli Ximki səfərdə darmadağına üzüldü
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Soçi”nin qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib- 1:4.
 
Ayaz da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan 25 yaşlı futbolçu fasilədə əvəzlənib.
 
“Ximki” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb






Rusiya P.L.