Futbol üzrə Rusiya Birinci Liqasında 7-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Yenisey”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qoluna da 23-cü dəqiqədə məhz Kamran imza atıb. Bu, onun “Arsenal”dakı 2-ci qoludur.
“Arsenal” 7 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.