Futbol üzrə Rusiya Birinci Liqasında 9-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Nefteximik”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda çətin qələbə qazanıb - 2:1.
Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
“Arsenal” 9 turdan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb.