22 oktyabr 2024. Çərşənbə axşamı

Sadıqovla Quliyevin komandası kubokda məğlub oldu


Sadıqovla Quliyevin komandası kubokda məğlub oldu
Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”un qonağı olub. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə üzləşib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Lakin reqlamentə əsasən, heç-heçə bitən qrup matçlarında penalti seriyasına ehtiyac duyulur. 11 metrlik zərbələrdə daha dəqiq olan meydan sahibləri 5:3 hesabıyla qələbə qazanıb.
 
Ayaz Quliyevin adı bu matçın iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
 
Xalsız olan “Ximki” 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.






Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq
ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi