12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

Quliyevlə Sadıqovun komandası səfərdə uduzdu


Quliyevlə Sadıqovun komandası səfərdə uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Krasnodar”ın qonağı olub. Futbolçularımızın komandası bu oyunda məğlubiyyətlə üzləşib- 1:3.
 
Ayazın adı bu matçın iştirak ərizəsinə salınmayıb. Sadıqov isə 76-cı dəqiqədə meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Ximki” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Rusiya P.L.