Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”ini qəbul edib. Azərbaycanlı futbolçuların komandası bu oyunda darmadağınla üzləşib - 0:5.
Ayazın adı bu matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyatda qalıb. İlya isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Cəmi 1 xalı olan “Ximki” 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.