11 aprel 2025. Cümə
AFFA-nın Hesabat Konfransı keçirilib

Quliyevdən məhsuldar ötürmə, Sadıqov üçün 7 dəqiqə


Quliyevdən məhsuldar ötürmə, Sadıqov üçün 7 dəqiqə
Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sını qəbul edib. Futbolçularımızın komandası bu oyunda məğlubiyyətə üzülüb – 1:2.
 
Sadıqov bu matçın 83-cü dəqiqəsində meydana buraxılıb. Quliyev isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 88-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Ayaz verib.
 
“Ximki” 11 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Rusiya P.L.