13 aprel 2025. Bazar günü
AFFA-nın Hesabat Konfransı keçirilib

Niderlandlı oyunçuya "Qızıl qaban" mükafatı verildi


Niderlandlı oyunçuya "Qızıl qaban" mükafatı verildi

 Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Kvinsi Promesə "Qızıl qaban" mükafatı verilib.

Corner.az-ın məlumatına görə, 30 yaşlı hücumameylli yarımmüdafiəçi bu hədiyyəyə Moskva təmsilçisində ötən mövsümün ən yaxşı oyunçusu seçildiyi üçün layiq görülüb.

Azarkeşlərin səsverməsi nəticəsində bütün rəqiblərini qabaqlayan niderlandlı vinger karyerasında 3-cü dəfə analoji mükafata sahib çıxıb.

Qeyd edək ki, Kvinsi Promes ötən mövsüm "Spartak"ın heyətində bütün turnirlərdə 31 oyuna 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Qızıl qaban" mükafatı 2002-ci ildə təsis olunub.







Rusiya P.L.