Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Fakel”i qəbul edib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. İlya 55, Ayaz 82-ci dəqiqədə əvəzlənib. Quliyev 10-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ximki” 13 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.