16 sentyabr 2024. Bazar ertəsi

Rusiya çempionatında iştirak edə bilər - İşğal olunan Krımın komandaları


Rusiya çempionatında iştirak edə bilər - İşğal olunan Krımın komandaları

Ukraynadan işğal olunan Krımdakı futbol komandaları Rusiya çempionatında iştirak edə bilər.

Corner.az xəbər verir ki, bu barədə TASS agentliyinə Krımda yaradılan qondarma respublikanın idman nazirinin müavini Şerif Osmanov danışıb:

“Biz özümüz də bunu (krımlı futbolçuların Rusiya liqalarında çıxışının başlamasını) çox səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu, çox yaxın gələcəkdə baş verəcək. Hazırda bu məsələ ilə bağlı danışıqlar davam etdirilir. Prinsipcə, futbol infrastrukturu hazırdır. Krımda futbol üzrə əsas turnirlərdə iştirak etməyə hazır olan səkkiz peşəkar klub var. Biz böyük turnirləri çoxdan buraxmışıq”.

Osmanov bildirib ki, Krım klubları əvvəlcə ikinci liqaya çıxacaq, daha sonra birinci liqaya yüksələcək və bir müddət sonra isə azarkeşlər Krımın futbol komandalarını Rusiya Premyer Liqasında çıxışlarını izləyə biləcəklər.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Rusiya P.L.

ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi
Taşuev yenidən Rusiya klubunda
  • Rusiya P.L.
  • 17:17 03.09.2024
Taşuev yenidən Rusiya klubunda
Mario Fernandeş "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 15:07 24.07.2024
Mario Fernandeş "Zenit"dən ayrıldı
Dieqo Kosta rəsmən "Krasnodar"da
  • Rusiya P.L.
  • 23:28 17.07.2024
Dieqo Kosta rəsmən "Krasnodar"da