7 aprel 2025. Bazar ertəsi

Rusiya millisinin oyunu ləğv edildi


Rusiya millisinin oyunu ləğv edildi
Bosniya və Herseqovina yığmasının Rusiya millisi ilə yoldaşlıq oyunu ləğv olunub. Corner.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyası məlumat yayıb.
 
Qurumun İcraiyyə Şurasının iclasından sonra qarşılaşmanın başqa vaxta təxirə salındığı açıqlanıb.
 
Görüş noyabrın 19-da Sankt-Peterburqda keçirilməli idi. Daha əvvəl əksər bosniyalı futbolçular bu matçın təşkilinə qarşı çıxmışdı.






Rusiya P.L.