Futbol üzrə Rusiya Birinci Liqasında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar-2”ni qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Kamran bu matçın 55-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ilk qolunu da 65-ci dəqiqədə məhz Əliyev vurub.
“Arsenal” 18 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.