16 sentyabr 2024. Bazar ertəsi

Azərbaycanlı futbolçuların komandası kubokda yenə uduzdu


Azərbaycanlı futbolçuların komandası kubokda yenə uduzdu
Futbol üzrə Rusiya kubokunun qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matça çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Nijni Novqorod”u qəbul edib. Futbolçularımızın komandası bu oyunda hesabı açan tərəf olsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyi üçün, reqlamentə əsasən, penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nijni Novqorod” qələbəyə sevinən tərəf olub – 3:1.
 
Sadıqov bu matça start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib. Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.
 
“Ximki” qrup mərhələsində geridə qalan 5 turdan sonra cəmi 2 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.






Rusiya P.L.

ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi
Taşuev yenidən Rusiya klubunda
  • Rusiya P.L.
  • 17:17 03.09.2024
Taşuev yenidən Rusiya klubunda
Mario Fernandeş "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 15:07 24.07.2024
Mario Fernandeş "Zenit"dən ayrıldı
Dieqo Kosta rəsmən "Krasnodar"da
  • Rusiya P.L.
  • 23:28 17.07.2024
Dieqo Kosta rəsmən "Krasnodar"da