7 aprel 2025. Bazar ertəsi

Azərbaycanlı futbolçuların komandası kubokla vidalaşdı


Azərbaycanlı futbolçuların komandası kubokla vidalaşdı
Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matça çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Krasnodar”ın qonağı olub. Futbolçularımızın komandası bu oyunda böyük hesablı məğlubiyyətə üzülüb – 1:4.
 
Sadıqov bu matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.
 
“Ximki” qrup mərhələsini 2 xalla sonuncu pillədə tamamlayıb və kubokla vidalaşıb.







Rusiya P.L.