7 aprel 2025. Bazar ertəsi

Rusiya Futbol İttifaqı AFK ilə bağlı qərarının tarixi açıqlandı


Rusiya Futbol İttifaqı AFK ilə bağlı qərarının tarixi açıqlandı
Rusiya Futbol İttifaqı (RFİ) Asiya Futbol Konfederasiyasına (AFK) keçidlə bağlı İcraiyyə Komitəsinin səsverməsini növbəti dəfə təxirə salıb. Corner.az xəbər verir ki, qurumun mətbuat xidməti toplantının dekabrın 31-dək baş tutacağını bildirib.
 
RFİ-nin prezidenti Aleksandr Dyukov noyabrın 27-dəki açıqlamasında AFK-ya keçid məsələsinə dekabrın 23-də baxılacağını bildirsə də, İcraiyyə Komitəsinin iclası bu günə təxirə salınmışdı: “İcraiyyə Komitəsinin UEFA-dan AFK-ya keçmək barədə səsverməsi dekabrın 31-dək baş tutacaq”.
 
Xatırladaq ki, Ukraynaya təcavüzə görə fevralın 28-də UEFA və FIFA Rusiyanın klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.






Rusiya P.L.