16 sentyabr 2024. Bazar ertəsi

Premyer Liqa klubu baş məşqçisiz qaldı


Premyer Liqa klubu baş məşqçisiz qaldı
Rusiyanın "Arsenal" (Tula) komandasının baş məşqçisi Oleq Kononov istefaya göndərilib. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
Xatırladaq ki, Oleq Kononov 2022-ci ilin iyun ayından Tula təmsilçisinə başçılıq edirdi. O, bu komandanı cəmi 21 oyuna çıxarıb. Tulalılar bu görüşlərdə 9 qələbə qazanıblar, 5 heç-heçə və 7 məğlubiyyət görüblər.
 
“Arsenal” bu mövsümün geridə qalan hissəsində 20 oyuna topladığı 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 
“Arsenal”da Azərbaycanın U-21 yığmasının sabiq hücumçusu Kamran Əliyev də çıxış edir. Lakin onun bu qış fasiləsində “Sumqayıt”a keçəcəyi gözlənilir. Hazırda o, məhz bu klubun düşərgəsində, Antalyada təlim-məşq toplanışındadır.






Rusiya P.L.

ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi
Taşuev yenidən Rusiya klubunda
  • Rusiya P.L.
  • 17:17 03.09.2024
Taşuev yenidən Rusiya klubunda
Mario Fernandeş "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 15:07 24.07.2024
Mario Fernandeş "Zenit"dən ayrıldı
Dieqo Kosta rəsmən "Krasnodar"da
  • Rusiya P.L.
  • 23:28 17.07.2024
Dieqo Kosta rəsmən "Krasnodar"da