7 aprel 2025. Bazar ertəsi

Qarabağ'ın satdığı futbolçu ən yaxşılar arasında


Qarabağ'ın satdığı futbolçu ən yaxşılar arasında
Rusiyada qış transfer dönəminin ən diqqətçəkən keçidləri açıqlanıb. Corner.az saytının yerli mətbuata istinadən məlumatına görə, Premyer Liqa klublarının 15 transferi fərqləndirilib.
 
Onlar arasında ötən ay “Qarabağ”dan “Krasnodar”a üz tutan Kadi Borqes də var. Bildirilib ki, braziliyalı yarımmüdafiəçinin sol ayağı ilə yaratdığı xarüqələr yeni ildən “Krasnodar”a çox fayda verə bilər.
 
Kadi ilə yanaşı, Artyom Dzyuba, İqor Smolnikov, Sergey Pinyaev, Maksim Qluşenkov, İlya Lantratov, Herman Konti, Vladimir Pisarski, Benjamin Qarre, Nikolay Rasskazov, Aleksis Duarte, Tomaş Tavareş, İlya Aqapov, Yuri Juravlev və Matias Peresin keçidi ən yaxşılar hesab olunub.
 
Qeyd edək ki, Kadi Borqesin transferindən “Qarabağ”ın təxminən 5 milyon avro qazanc əldə etdiyi bildirilib.






Rusiya P.L.