- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Qış fasiləsində “Qarabağ”ı “Krasnodar”a dəyişən Kadi Borges Rusiya çempionatında ilk qolunu vurub. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu XIX tur çərçivəsində Moskva “Dinamo”su ilə ev oyununda fərqlənib.
Oyuna start heyətində daxil olan Kadi 24-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu vaxtadək qonaq komanda hesabda öndə idi. Braziliyalı futbolçu 67-ci dəqiqədə dublunu rəsmiləşdirib. Matçın qəhrəmanı 85-ci dəqiqədə əvəzlənib. Qarşılaşmanın son dəqiqlərində daha bir qol vuran meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.
XIX turdan sonra Kadinin komandasının hesabında 29 xal var.