Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”u qəbul edib. Futbolçularımızın komandası bu oyundan darmadağına üzülüb - 0:6.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 73-cü dəqiqədə meydana buraxılıb.
“Krasnodar”ın heyətində “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Kadi Borges də meydanda olub. O, fasilədən dərhal sonra meydana buraxılıb və 63-cü dəqiqədə qolla fərqlənib.
“Ximki” 21 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.