5 may 2026. Çərşənbə axşamı

ÇSKA da azərbaycanlı futbolçuları məyus etdi


ÇSKA da azərbaycanlı futbolçuları məyus etdi
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Corner.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sının qonağı olub. Futbolçularımızın komandası bu oyunda darmadağına üzülüb- 0:3.
 
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Onların hər ikisi start heyətdə matça başlayıb. Ayaz sonadək oynayıbsa, İlya fasilədə əvəzlənib.
 
“Ximki” 22 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi