12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

Quliyev üçün 90 dəqiqə və 1 xal


Quliyev üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Krılya Sovetov”un qonağı olub. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək meydanda mübarizə aparıb.
 
“Ximki” 23 turdan sonra 14 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Rusiya P.L.