Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Torpedo”sunu qəbul edib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2.
Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək oynayıb.
“Ximki” 24 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.