“Turan Tovuz” Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi cavab oyunundan öncə azarkeşlərinə müraciət ünvanlayıb. Corner.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:
Dəyərli “Turan Tovuz” azarkeşləri!
Məlum olduğu kimi, Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda komandamız “Neftçi” ilə qarşılaşacaq. Tarixi oyunda həmişəkindən daha çox dəstəyinizə ehtiyacımız var. Odur ki, 26 apreldə hər birinizi “Bakcell Arena”ya, 5 A sektorunda gözləyirik!
Gücümüz dəstəyinizdir!
Əlaqələndici şəxs: Kamal Saqqayev
Əlaqə nömrəsi: 055 652 82 02