18 oktyabr 2024. Cümə

Kadi Borges əməliyyat olundu


Kadi Borges əməliyyat olundu
“Krasnodar”ın qış fasiləsində “Qarabağ”dan transfer etdiyi Kadi Borges əməliyyat olunub. CORNER.az saytı xəbər verir ki, braziliyalının səhhətinin qaydasında olduğu açıqlanıb.

O, Rusiya Premyer Liqasının XXIV turunda “Spartak”la görüşdə rəqib müdafiəçi Georgi Cikia ilə toqquşaraq huşunu itirmişdi. Bu zərbədən sonra Kadinin üz sümüyü sınıb.

26 yaşlı sambaçı mayın 9-da növbəti dəfə həkim müayinəsindən keçəcək. Hücumameyilli oyunçunun nə zaman yaşıl meydanlara qayıda biləcəyi ondan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Kadi Borges bu mövsüm “Krasnodar”ın heyətində keçirdiyi 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.






Rusiya P.L.

"Zenit" Türkiyə klubu ilə oynayacaq
  • Rusiya P.L.
  • 20:46 16.10.2024
"Zenit" Türkiyə klubu ilə oynayacaq
Rusiya klubunda ayrılıq
  • Rusiya P.L.
  • 20:48 15.10.2024
Rusiya klubunda ayrılıq
ÇSKA-nı Meksika klubuna dəyişdi
  • Rusiya P.L.
  • 22:39 15.09.2024
ÇSKA-nı Meksika klubuna dəyişdi