22 iyul 2026. Çərşənbə

Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi


Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Start heyətdə meydana çıxan Sadıqov 61-ci dəqiqədə əvəzlənib. Sarı vərəqə limitini dolduran Quliyev isə mövsümün son matçının iştirakçısı olmayıb.

“Ximki” mövsümü 18 xalla 16 kollektiv arasında 15-ci pillədə başa vurub və Premyer Liqa ilə vidalaşıb.







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi