- Rusiya P.L.
- 21:11 17.11.2025
"Zenit" klubunun yarımmüdafiəçisi Vendel karyerasını "Botafoqo"da davam etdirəcək.
90deqiqe.az “Globo”ya istinadən xəbər verir ki, Braziliya klubu futbolçu birdəfəlik almaq şərti ilə icarəsi üçün Sankt-Peterburq təmsilçisi ilə razılığa gəlib.
Xatırladaq ki, daha əvvəl 26 yaşlı futbolçu ilə maraqlanan klublar arasında isə yalnız "Fluminense" və "Flamenqo" var idi.
Vendel Fluminense klubunun yetirməsidir. O, məhz 2018-ci ilin qışında adıçəkilən komandadan Portuqaliya "Sportinq"inə keçmişdi. 2020-ci ilin payızında isə 12 milyon avro qarşılığında Portuqaliyadan Rusiya klubuna transfer olub. Vendel bu mövsün Rusiya klubunun heyətində 18 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.Transfermarkt internet portalının məlumatına görə, braziliyalının dəyəri 20,3 milyon avro olaraq qiymətləndirilir.