- Rusiya P.L.
- 21:11 17.11.2025
Moskva “Dinamo”sundan Dmitri Skopintsev karyerasını “Zenit”də davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov özünün "Telegram" kanalında yazıb.
O, Sankt-Peterburq təmsilçisinin 26 yaşlı futbolçu üçün 5 milyon avro təklif etməyə hazır olduğunu bildirib
Rusiyalı futbolçunu özü də "Zenit"ə keçməyə müsbət yanaşır və əgər bu baş tutarsa o, yeni klubunda 1,4 milyon avro qazanacaq. Skopintsev bir müddət “Zenit” akademiyasında çıxış edib.
“Dinamo” Skopintsev gedərsə," Krasnodar"dan Aleksandr Ektovu üçün danışıqlara başlayacağı gözlənilir.