- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Lokomotiv"in müdafiəçisi Lukas Fassonun agenti İldemir Lopez müştərisinin gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, o, bir neçə klubun braziliyalı futbolçu ilə maraqlandığını bildirib.
"İtaliyada Lukasla "Milan"dan başqa "Yuventus" maraqlanır, lakin "Flamenqo" və "Korintians" da maraq göstərir. Lakin siyasi vəziyyət işi çox çətinləşdirir, bir çox İtaliya klubları hazırda Rusiya bazarında işləmək istəmir."
Daha əvvəl "Milan"ın idman direktoru Antonio D'Ottavia "rossonerilər"in futbolçu ilə maraqlanması ilə bağlı məlumatları təkzib etmişdi.
Qeyd edək ki, 22 yaşlı oyunçunun Moskva təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.O, bu mövsüm komandanın heyətində 22 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.