- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Sabah” sabiq çalışdırıcısı Murad Musayev yenidən Rusiyada işləyəcək.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis sabiq komandası "Krasnodar"la müqavilə imzalayıb.
Xatırladaq ki, Musayev artıq 2019-2020-ci illərdə “Krasnodar”ın baş məşqçisi vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında Rusiya komandası UEFA Çempionlar Liqasında debüt etdi. Ümumilikdə 40 yaşlı mütəxəssis “Krasnodar”a 126 rəsmi oyunda başçılıq edib.
Musayevin son iş yeri “Sabah” olub. 10 yanvar 2023-cü ildə mütəxəssis PRO-UEFA proqramı çərçivəsində hazırlığı başa vurub.
Hazırda “Krasnodar” 2023/2024-cü il mövsümü üçün Rusiya Premyer Liqasının turnir cədvəlində ikinci yeri tutur. Komanda 20 matçda 39 xal toplayıb. Birinci sırada Sankt-Peterburqun “Zenit”i dayanır. Sergey Semakın komandası 40 xal qazanıb.