23 iyun 2024. Bazar günü

Futbol tarixinin ən erkən qolu vuruldu


Futbol tarixinin ən erkən qolu vuruldu

Futbol tarixinin ən erkən qolu qeydə alınıb.

90deqiqe.Az xarici mediaya istinadən xəbər verir ki, ötən gün Rusiya İkinci A Liqasının gümüş divizionunda "Dzerjinsk Ximik" və "Pyatiqorsk Maşuk-KMV" komandaları üz-üzə gəlib.

“Pyatiqorsk” klubunun futbolçusu Nikolay İvanov start fitindən dərhal sonra mərkəz dairəsindən “Ximik” qapısına birbaşa zərbə endirib. Top oyunun üçüncü saniyəsində meydan sahiblərinin qapısına tuş gəlib. Bununla da erkən qol qeydə alınıb.

“DİQQƏT! BİZ FUTBOL TARİXİNDƏ ƏN SÜRƏTLİ QOLU OLMAYI İZLƏDİK. Zarafat yox, hər şeyə özünüz baxın”, - deyə, İkinci A Liqasının mətbuat xidməti hadisəyə münasibət bildirib.







Rusiya P.L.

Marko Roys Rusiya klubuna keçir?
  • Rusiya P.L.
  • 16:41 27.05.2024
Marko Roys Rusiya klubuna keçir?