17 iyun 2024. Bazar ertəsi

Marko Roys Rusiya klubuna keçir?


Marko Roys Rusiya klubuna keçir?

"Dinamo"nun baş məşqçisi Marsel Liçka Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu Moskva klubuna dəvət edib.

90deqiqe.Az xəbər verir ki, 46 yaşlı çalışdırıcı alman futbolçunun komandada bəyənəcəyi yaxşı oyunçuları olduğunu bildirib.

“Marko Roys azad agentdirmi? Onu evə aparaq! Marko, sizi "Dinamo"ya dəvət edirik, sizi heç bir problem olmadan məkanımıza aparacağıq! (Gülür)

Komandada rəqabəti sevirəm, məncə, Roysun bəyənəcəyi yaxşı oyunçularımız var. Marko, istəyirsənsə, bizə gəl!” - RB Sport Marsel Liçkadan sitat gətirir.

Xatırladaq ki, 34 yaşlı Marko Roysun bu yay azad agent kimi “Borussiya”dan ayrılacağı daha əvvəl məlum olub. Reus 2012-ci ildən "Borussiya"da çıxış edir. Bu mövsüm təcrübəli futbolçu bütün yarışlarda 41 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib. Dortmund klubu ilə birlikdə Reus iki dəfə Almaniya kubokunu, üç dəfə ölkə Superkubokunu qazanıb.







Rusiya P.L.

Marko Roys Rusiya klubuna keçir?
  • Rusiya P.L.
  • 16:41 27.05.2024
Marko Roys Rusiya klubuna keçir?
Kadi ən pis oyunçu seçildi
  • Rusiya P.L.
  • 16:19 13.05.2024
Kadi ən pis oyunçu seçildi