4 iyul 2024. Cümə axşamı

Premyer Liqanın yeni sponsoru bəlli oldu


Premyer Liqanın yeni sponsoru bəlli oldu

“Baltika” pivə istehsalı şirkəti 2024/2025 və 2025/2026 mövsümlərində Rusiya Premyer Liqasına sponsorluq edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Football Bigi” teleqram kanalı məlumat yayıb.

 Növbəti Rusiya çempionatının başlamasına üç həftədən az vaxt qalıb - birinci turun oyunları iyulun 19-dan iyulun 21-dək baş tutacaq. Çempionluq titulunu əvvəlki altı mövsümün hər birində birinci yeri tutan “Zenit” qoruyacaq.

Əlavə edək ki, Rusiyada növbəti futbol mövsümü “Zenit” və “Krasnodar”ın iştirakı ilə Superkubok uğrunda matçla açılacaq. Komandalar iyulun 13-də qarşılaşacaqlar.







Rusiya P.L.

Marko Roys Rusiya klubuna keçir?
  • Rusiya P.L.
  • 16:41 27.05.2024
Marko Roys Rusiya klubuna keçir?