6 iyul 2024. Şənbə

"Dünya futbolu Rusiyanın yoxluğundan əziyyət çəkir"


"Dünya futbolu Rusiyanın yoxluğundan əziyyət çəkir"

"Rubin Kazan"ın sabiq futbolçusu Gökdeniz Karadeniz Rusiya futbolunun üzləşdiyi sanksiyalardan danışıb.

90deqiqe.Az  xəbər verir ki, “Sport24" onun dediklərini belə çatdırıb:

“Nə qədər ki, Rusiya klubları avrokuboklarda iştirak etmir, Rusiya millisi isə Avropa və dünya çempionatlarında iştirak etmir, bu, təkcə Rusiya üçün deyil, dünya futbolu üçün də cəzadır. Rusiya futbolu dünya futbolunu zənginləşdirir və tamamlayır”.

Karadeniz əlavə edib ki, Rusiya komandası cari Avropa çempionatında yaxşı çıxış edə bilər. Keçmiş “Rubin” oyunçusunun fikrincə, indiki Rusiya komandası yaxşı səviyyə nümayiş etdirir.

Bildiyiniz kimi, UEFA və FİFA tərəfindən Rusiya Futbol İttifaqına qarşı sanksiyalara görə hazırda Rusiya klubları avrokuboklarda iştirak etmir, Rusiya millisi isə yalnız yoldaşlıq oyunları keçirə bilər.







Rusiya P.L.

Marko Roys Rusiya klubuna keçir?
  • Rusiya P.L.
  • 16:41 27.05.2024
Marko Roys Rusiya klubuna keçir?