- Rusiya P.L.
- 21:47 29.09.2024
Moskvanın "Spartak" klubunun sabiq futbolçusu Ari Ferreyra Rusiya və Braziliya yığmaları arasında baş tuta biləcək yoldaşlıq görüşü haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, "RB Sport" 38 yaşlı oyunçunun dediklərini belə çatdırıb:
“Düşünürəm ki, Rusiya millisinin Braziliya ilə yoldaşlıq oyunu təşkil etməyə çalışacağam. Mən bu ideyanı ölkəmdə təbliğ etməyə çalışacağam – düşünürəm ki, bu, gözəl oyun olacaq”
Rusiya yığması sonuncu yoxlama oyununu sentyabrın 5-də Vyetnama qarşı keçirib. Komandalar arasında keçirilən oyun 3:0 hesabı ilə Valeri Karpinin yetirmələrinin qələbəsi ilə başa çatıb. Sabah, sentyabrın 7-də ruslar Tailandla qarşılaşacaq. Matçın startı Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.
Xatırladaq ki, Ari 2022-ci ilin fevralından klubsuzdu.