- Rusiya P.L.
- 14:58 05.11.2024
Rusiyanın "Pari Nijniy Novqorod" klubunda ayrılıq gerçəkləşib.
90deqiqe.Az "Liveresult.ru"ya istinadən xəbər verir ki, "Pari Nijniy Novqorod" müdafiəçi Dmitriy Jivoqlyadovla yollarını ayırıb. Klub ilə futbolçu arasında müqavilə qarşılıqlı razılıq əsasında xitam verilib və oyunçuya qarşıdakı karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, 30 yaşlı Dmitriy Jivoqlyadov ötən ilin yayında Nijniy Novqorod təmsilçisinə transfer olunmuş və 17 oyun keçirərək bir məhsuldar ötürməylə yadda qalmışdır. Həmçinin onu da bildirək ki, Rusiya Premyer Liqasının 11-ci turundan sonra "Pari Nijniy Novqorod"un baş məşqçisi Saşa İliç istefaya göndərilib və komandanın sükanı arxasına Viktor Qançarenko gətirilib.