- Rusiya P.L.
- 21:01 19.02.2025
"Fənərbağça"nın futbolçusu Oqnyen Mimoviçi karyerasını "Zenit"də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
Serbiyalı sağ cinah müdafiəçisi 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında Sankt-Peterburq təmsilçisində çıxış edəcək.
2025-ci ilin yanvarında Mimoviç 6,7 milyon avroya "Srvena Zvezda"dan "Fənərbağça"ya keçib. Bu mövsüm sağ cinah müdafiəçisi bütün turnirlərdə 19 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 4 milyon avrodur.