17 iyun 2026. Çərşənbə

"Spartak" və "Zenit"in təkliflərinə rədd cavabı


"Spartak" və "Zenit"in  təkliflərinə rədd cavabı

"Beşiktaş" yarımmüdafiəçisi Qedson Fernandeşin transferi ilə bağlı "Spartak" və "Zenit"in təkliflərini rədd edib.

90deqiqe.Az xəbər verir ki, “qırmızı-ağlar” portuqaliyalı futbolçuya görə bonuslar da nəzərə alınmaqla İstanbul klubuna 22 milyon avro ödəməyə hazırdı. Öz növbəsində “Beşiktaş”a 13 milyon avro təklif edən “mavi-ağ-göylər” adı çəkilməyən futbolçusunu da müqaviləyə daxil edib. Türkiyə nəhəngi isə komandanın hazırda Fernandeşə ehtiyacı olduğunu qeyd edərək bu təklifləri qəbul etməyib.

Adıçəkilən klublar yay transferi pəncərəsi zamanı yenidən Qedson üçün təklif hazırlayacaqlar.

26 yaşlı futbolçu 2022-ci ilin yayından “Beşiktaş”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 114 matçda iştirak edib, 14 qol vurub, 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 17 milyon avrodur.







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi