- Rusiya P.L.
- 21:01 19.02.2025
Rusiyanın "Zenit" klubu yarımmüdafiəçi Qersonun transferi üçün Braziliyanın "Flamenqo" klubuna yeni təklif göndərib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Xulio Migel Neto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Sankt-Peterburq klubundan gələn yeni təklif 30 milyon avro olduğunu qeyd edib.
Bildirilir ki, Braziliya klubu bundan əvvəl iki təklifi - 18 və 28 milyon avroya rədd edib, həmçinin futbolçunu “Çelsi”, “Leon” və “Esperans”la eyni qrupda çıxış edəcəyi Klublararası dünya çempionatı ərəfəsində komanda üçün vacib oyunçunu satmaq istəyinin olmaması ilə izah edib.
Transfermarkt internet portalı 27 yaşlı braziliyalı yarımmüdafiəçinin bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.