- Rusiya P.L.
- 16:18 23.02.2025
Rusiyalı hücumçu Aleksandr Dolqov "Yenisey"in futbolçusu olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Krasnoyarsk klubu sosial şəbəkədəki səhifələrində məlumat yayıb.
Hücumçu "Yenisey"ə azad agent kimi keçib. 26 yaşlı futbolçu ilə əmək müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədə olacaq.
Dolqov paytaxtın “Lokomotiv” komandasının yetirməsidir. Hücumçu karyerası ərzində "Urartu", "Rostov" və bir neçə başqa klubda çıxış edib. Birinci Liqanın cari mövsümündə "Yenisey" 21 oyunda 27 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Turnir cədvəlinə 45 xalla "Baltika" başçılıq edir.