- Rusiya P.L.
- 16:05 05.03.2025
Rusiyanın Tula "Arsenal"ı 2,5 aydır ki, futbolçularının maaşını vermir.
90deqiqe.Az “Championat”a istinadən xəbər verir ki, sözügedən komanda, bu qış bir çox transfer həyata keçirərək iddialı hədəflər qoysa da, maaş məsələsində yaşanan çətinliklərin necə həll olunacağı barədə heç bir açıqlama vermir.
Arsenal 2024/2025 mövsümü üçün Melbet Birinci Liqa turnir cədvəlində 9-cu yerdədir. Aleksandr Storojukun komandası 22 görüşdə 30 xal toplayıb. Birinci yerdə 46 xala malik Kalininqradın “Baltika” komandasıdır. Növbəti turda “Arsenal” martın 7-də səfərdə Novorossiysk “Çornomorets”i ilə qarşılaşacaq.