- Rusiya P.L.
- 16:17 22.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Rusiyanın "Dinamo" (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin "Lokomotiv"lə oyundakı çıxışını dəyərləndirib.
Corner.az xəbər verir ki, o ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirməklə yanaşı ondan qol gözlədiyini də deyib:
"Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək".
Xatırladaq ki, görüş "Lokomotiv"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev bu matçda fərqlənə bilməyib. Ümumimlikdə isə 23 yaşlı forvard bu mövsüm Rusiya Premyer Liqasında 5 oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb.